Dünya
13.03.2024 / 15:13
Bolqarıstan ruslara "Şengen" verməyə hazırlaşır
44281
Bolqarıstan aprel ayından ruslara "Şengen" vizalarının verilməsi üçün hazırlıqlara başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
"Bolqarıstanın diplomatik missiyası aprel ayında Rusiyada "Şengen" vizalarının verilməsinə başlamağa hazır olduğunu açıqlayıb", deyə ATOR qeyd edib.
Bununla belə, rusiyalı ərizəçinin sənədi əldə etməsinə nə qədər vaxt lazım olacağı göstərilmir. Bundan əlavə, Bolqarıstan səfirliyi vizaların verilməsinə başlama vaxtı və bunun dəqiq harada baş verəcəyi ilə bağlı suala birmənalı cavab verə bilməyib.
Turoperatorlar xatırladıblar ki, martın 31-dən Rumıniya və Bolqarıstan "Şengen" zonasına qismən qoşulacaqlar.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay