ABŞ-ın büdcə kəsiri fevralda 12,9% artıb
FABŞ hökumətinin büdcə kəsiri 296,275 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji ayındakı göstəricidən (262,434 milyard dollar) 12,9% çoxdur.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
ABŞ-ın büdcə gəlirləri bir il əvvəlki 262,114 milyard dollarla müqayisədə 3,4% artaraq 271,126 milyard dollara çatıb. Xərclər 8,2% artaraq 524,548 milyard dollardan 567,401 milyard dollara yüksəlib.
Oktyabrın 1-də başlayan 2024-cü maliyyə ilinin beş ayı ərzində ABŞ-ın büdcə kəsiri 14,6% artaraq 828,135 milyard dollara çatıb. Cari maliyyə ilinin əvvəlindən büdcə gəlirlərinin həcmi 7% artaraq 1,856 trilyon dollar təşkil edib.
Xərclər 9,2% artaraq 2,684 trilyon dollara çatıb. Bura müdafiə xərclərinin artırılması və strateji neft ehtiyatının artırılması daxildir. Federal Ehtiyat Sisteminin faiz artımı səbəbindən dövlət borcu üzrə faiz ödənişləri əvvəlki maliyyə ilinin beş ayı ilə müqayisədə 127 milyard dollar çox olub.
Xəbər verildiyi kimi, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ili üçün ABŞ hökuməti büdcəsinin mənfi saldosu 23% artımla 1,7 trilyon dollar təşkil edib. 2020-ci maliyyə ilinin sonunda ölkədə 3,1 trilyon dollarlıq rekord kəsir qeydə alınıb. Sonuncu dəfə büdcə profisiti 2001-ci maliyyə ilində olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay