"Şimal axını" operatoru sığorta şirkətlərindən 400 milyon avro tələb edir
“Şimal axını”nın operatoru sığorta şirkətlərinin qaz kəmərindəki partlayışlar nəticəsində dəymiş ziyanı ödəməkdən imtina etdiklərinə görə onlara qarşı 400 milyon avroluq iddia qaldırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Qeyd olunur ki, “Nord Stream” operatoru qaz kəmərinin təmiri xərclərini 1,2-1,35 milyard avro dəyərində qiymətləndirib. Dəqiqləşdirilir ki, operator fevral ayında “Lloyd's of London” və “Arch Insurance” sığorta şirkətlərinə qarşı iddia qaldırıb. İddianın Qərbi Avropanı Rusiya ilə birləşdirən qaz infrastrukturuna ziyan vuran partlayışlar nəticəsində dəymiş ziyanı ödəməkdən imtina ilə bağlı qaldırıldığı vurğulanır.
“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. 26 fevral 2024-cü ildə Danimarka polisinin araşdırmanı dayandırdığı bildirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qaz kəmərlərində qəsdən təxribat törədildiyini müəyyən ediblər.
Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Kristian Hofman bildirib ki, ölkə hökuməti “Şimal axını” və “Şimal axını 2”də baş verən partlayışların araşdırılmasında maraqlıdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay