Aİ İranı yeni sanksiyalarla hədələdi
Avropa İttifaqı İranın Rusiyaya ballistik raketlər verməyə başlayacağı təqdirdə ona qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
Valyuta.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa Parlamentinin üzvləri qarşısında konfransda çıxışı zamanı deyib.
"İran Rusiyanı ballistik raketlərlə təmin edərsə, biz əlavə sanksiyalarla cavab verməyə hazırıq", deyə fon der Leyen hədələyib.
Qeyd olunur ki, həm Moskva, həm də Tehran əvvəllər Qərbin silah tədarükü ilə bağlı ittihamlarını dəfələrlə təkzib edərək, onları əsassız adlandırıb.
Fevralda "Reuters" agentliyi İrandakı mənbələrə istinadən Tehranın Rusiyaya 400-ə yaxın ballistik raket ötürdüyünü bildirib.
Eyni zamanda, Ukrayna Hərbi Kəşfiyyatının (GUR) rəhbəri Kirill Budanov İranın Rusiyaya raketlər verməsi, eləcə də Rusiya ordusunun Şimali Koreyadan gələn raketlərdən istifadə etməsi ilə bağlı məlumatları təkzib edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay