Qırğızıstan məşhur rusiyalı iş adamını axtarışa verdi - Qanuni oğrularla əlaqə...
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTK) rusiyalı iş adamı, Rusiyanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan "Capital Group"un direktorlar şurasının rəhbəri Pavel Tyonu axtarışa verib.
Valyuta.az xəbər verir ki, bu barədə Tazabek.kg məlumat yayıb.
Sahibkar qanuni oğrularla, xüsusən də ötən il ölən Kamçı Asanbek (Kolbayev) ilə əlaqədə olmaqda ittiham olunur. Bundan əlavə, Pavel Tyo mütəşəkkil cinayətkar qruplaşmanın maliyyələşdirilməsində iştirak edə bilər.
MTK-nin məlumatına görə, rusiyalı iş adamı Kolbayev və onun "xaç atası", mütəşəkkil cinayətkar qruplaşmanın üzvü Əzim Röya ilə ölkədə dəstək və himayədarlıq məqsədilə əlaqə yaradıb. Pavel Tyo Kolbayevin daşınmaz əmlakının tikintisində maliyyə yardımı göstərib.
Rusiyalı iş adamı qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay