Almaniyada qiymət artımı son üç ilin minimum səviyyəsinə düşdü
Almaniyada istehlak qiymətlərinin artım tempi fevralın sonunda illik 2,5%-ə qədər azalıb. Göstərici 2021-ci ilin iyunundan bəri ən aşağı göstəricidir.
Valyuta.az xəbər verir ki, “İnterfaks” bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına istinadən yazıb.
Müqayisə üçün: Yanvarda ölkədə inflyasiya illik 2,9% təşkil edib. 2024-cü ildə avrozona ölkələri üçün inflyasiya hədəfi 2%-dir.
Bundan əvvəl Çində son altı ayda ilk dəfə inflyasiya qeydə alınıb. Fevralda ölkədə istehlak qiymətləri indeksi (İQİ) illik ifadədə 0,7% artıb. Sonuncu dəfə göstərici 2023-cü ilin avqustunda artıb.
Ötən ay da Türkiyə antiinflyasiya rekordunu yeniləyib. Fevralda ölkədə istehlak qiymətlərinin artım tempi sürətlənərək illik 67,1%-ə çatıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay