30 milyon avroluq məşhur skripka analiz edilib
Məşhur italiyalı bəstəkar Nikolo Paqanininin (1782-1840) skripkası Rentgen müayinəsindən keçirilib.
Valyuta.az xarici KİV-ə istinadla xəbər verir ki, müayinə Fransanın Qrenobl şəhərindəki xüsusi laboratoriyada aparılıb.
Yoxlamanın məqsədi nadir musiqi alətinin real vəziyyətini müəyyən etmək, həmçinin onun hazırlandığı materialın tərkibini öyrənmək olub. Bu analiz skripkanın hazırlanmasında istifadə olunmuş ağacın hüceyrə strukturunu müəyyən etməyə imkan verib.
Skanerləmə zamanı musiqi alətinin çox mükəmməl şəkildə hazırlandığı, materialların yüksək keyfiyyətli olduğu üzə çıxıb. Analizin nəticələri yaxın aylarda rəsmi şəkildə elan ediləcək.
Skripka 30 milyon avro məbləğində sığorta olunub. Hazırda skripka dahi bəstəkarın anadan olduğu Genuya şəhərində xüsusi şüşə qabda temperatur və rütubət rejiminə əməl edilməklə saxlanılır.
© azertag.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay