Rusiya Aİ-yə LNG tədarükünü 38 faiz artırıb
Son iki ildə Avropa İttifaqına boru kəməri qazı ixracının kəskin azalmasına baxmayaraq, Rusiya 2023-cü ilin sonuna qədər alyans ölkələrinə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü 38% artırıb.
Valyuta.az xəbər verir ki, bunu "Ekspert" jurnalına müsahibəsində baş nazirin müavini Aleksandr Novak deyib.
Novakın sözlərinə görə, 2023-cü ildə Rusiya şirkətləri Avropa İttifaqına 15 milyon tondan çox LNG göndərə bilib.
"Eyni zamanda, boru kəməri ilə qazın Avropaya ixracı son iki ildə beş dəfə azalıb", deyə baş nazirin müavini qeyd edib.
Bu dinamika Aİ-nin idxalında Rusiyanın enerji resurslarının payının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Əgər 2021-ci ildə Avropa İttifaqına idxal olunan bütün qazın 45%-i Rusiyanın payına düşürdüsə, 2023-cü ildə bu rəqəm 15%-i keçməyib.
“Avropa ölkələri də Rusiya Federasiyasından digər yanacaq növlərinin alışını azaltmaqda davam edir. Beləliklə, ilin sonunda Aİ idxalında Rusiya neftinin payı cəmi 4%, neft məhsullarının payı 9% təşkil edib”, deyə Novak vurğulayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay