Bu ölkədə Rusiya nömrəli avtomobillər qadağan olundu
Litvada yerli vaxtla saat 00:00-dan (Bakı vaxtı ilə saat 02:00-dan) Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadəyə qoyulan qadağa qüvvəyə minib.
Valyuta.az xəbər verir ki, istisnalar diplomatik korpusun nəqliyyat vasitələrinə və Kalininqrad vilayətindən və Kalininqrad vilayətinə tranzit keçən nəqliyyat vasitələrinə aiddir.
Bütün digər belə avtomobillərdən ya Baltikyanı respublikanın ərazisini tərk etmək, ya da bu avtomobilləri yenidən qeydiyyatdan keçirmək tələb olunur.
Gömrük idarəsinin məlumatına görə, martın 10-na Litvada 50-yə yaxın Rusiya dövlət nömrə nişanlı avtomobil qalıb. Departamentdən bildirilib ki, bu nəqliyyat vasitələri, əgər ölkəni tərk etməmişlərsə, müsadirə ediləcək və onların sahibləri 200 avrodan 6 min avroya qədər cərimə olunacaq.
Kalininqrad vilayətindən və Kalininqrad vilayətinə tranzit keçən avtomobillər Litvada 24 saata qədər qala biləcəklər.
© Yeniavaz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay