Aİ səfirləri Rusiyaya yeni sanksiyalar barədə razılığa gəlmək niyyətindədir
Avropa İttifaqı ölkələrinin səfirləri Aleksey Navalnının ölümü fonunda martın 13-də Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmaq niyyətindədirlər.
Valyuta.az xəbər verir ki, bu barədə "Euobserver" portalı yazıb.
"Aİ səfirləri çərşənbə günü (martın 13-də) Brüsseldə qara siyahı (sanksiya siyahısında olacaq Rusiya vətəndaşları ilə-red.) ilə bağlı razılığa gəlmək niyyətindədirlər", deyə məqalədə qeyd edilir.
Portalın məlumatına görə, Aİ 35 Rusiya həbsxanasının rəhbəri və Navalnının həbsində iştirak edən hakimlərin, habelə 3 və 6 saylı islah koloniyalarının əməkdaşlarının vizalarını qadağan etmək və aktivlərini dondurmaq niyyətindədir.
"Bloomberg" isə yazıb ki, Aleksey Navalnının Xarp kəndindəki cəzaçəkmə koloniyasında ölümü ilə əlaqədar Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır. Sanksiya layihəsinə əsasən, ona 35 fiziki və iki hüquqi şəxs daxil olacaq.
Fevralın 29-da "Politico" xəbər verdi ki, 8 Avropa ölkəsi Avropa İttifaqının Navalnının ölümünə görə Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar hazırlaması üçün diplomatik səylər göstərir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay