"Tesla" artıq ABŞ-ın ən dəyərli 10 şirkətindən biri deyil
"Tesla" ABŞ-da kapitallaşmaya görə ilk 10 ən böyük şirkət siyahısından çıxıb və 11-ci yerə düşüb.
Valyuta.az xəbər verir ki, bunu "TradingView" məlumatları sübut edir.
Martın 6-dakı ticarətlər zamanı elektromobil istehsalçısının səhmləri 2,32% ucuzlaşıb. Nəticədə şirkətin bazar dəyəri 562,24 milyard dollara düşüb.
Bu arada onun ən yaxın izləyicisi olan "Visa"nın qiymətli kağızları bir qədər bahalaşıb, şirkətin kapitallaşması isə 563,38 milyard dollara yüksəlib ki, bu da dünyanın ən böyük ödəniş sistemlərindən birinin reytinqdə "Tesla"nı ötməsinə şərait yaradıb.
Hazırda Amerikanın ən dəyərli 10 şirkəti siyahısına "Microsoft", "Apple", "Nvidia", "Amazon", "Aplhabet", "Meta", "Berkshire Hathaway", "Eli Lilly", "Broadcom" və "Visa" daxildir.
"Tesla" kotirovkaları 2024-cü ilin əvvəlindən bəri azalır. İki ay ərzində onlar artıq demək olar 29% azalıb ki, bu da şirkətin bazar dəyərinin 228 milyard dollar kiçiləməsinə səbəb olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay