Qızılın qiyməti yeni rekorda imza atdı
Çərşənbə günü qızılın qiyməti ilk dəfə olaraq bir unsiya üçün 2160 dolları ötüb.
Valyuta.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 13:10-a olan məlumata görə, "Comex" birjasında aprel fyuçersləri 2162,8 dollara (+0,21%) olub. Honq-Konqda spot qiymətlər 0,36% artaraq 2155,88 dollar təşkil edib.
"Action Forex" analitikləri deyirlər ki, ABŞ Xəzinədarlıq istiqrazlarının düşməsi fonunda kotirovkalar yüksəlib. FED sədri Cerom Povellin dünənki çıxışından sonra treyderlər tənzimləyicinin iyun ayında pul siyasətini yumşaltmağa başlayacağına 70% əmindirlər.
HSBC-nin qiymətli metallar üzrə baş analitiki Ceyms Steel deyir ki, qızılın yüksəliş trayektoriyası yaxın gələcəkdə yavaşlaya bilər. O, qeyd edib ki, rekord yüksək qiymətlər metala, xüsusən də mərkəzi banklardan fiziki tələbi azalda bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay