Ukraynanın xarici maliyyəyə ehtiyacı təqribən 37,3 milyard dollardır – MN
Ukraynanın bu il büdcə kəsirini ödəmək üçün təxminən 37,3 milyard dollar, o cümlədən prioritet bərpa ehtiyaclarını maliyyələşdirmək üçün 9,5 milyard dollar xarici maliyyəyə ehtiyacı var.
Valyuta.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Ukrayna Maliyyə Nazirliyinin rəis müavini Olqa Zıkova vurğulayıb ki, Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra Ukrayna hökuməti həddindən artıq qeyri-müəyyənlik və çağırışlar şəraitində makroiqtisadi sabitliyi qorumağa çalışır. Zıkova vurğulayıb ki, beynəlxalq tərəfdaşların dəstəyi son dərəcə vacibdir, çünki daxili resurslar təcavüzkara müqavimət göstərməyə yönəlib.
Parisdə Ukraynanın bərpası və dövlət və özəl sektorun roluna həsr olunmuş dəyirmi masada çıxış edən Zıkova qeyd edib ki, dövlət büdcəsinin prioritetləri və ölkənin bərpası iqtisadi inkişaf və ukraynalıların vətənə qayıtması üçün əsasdır. O, beynəlxalq tərəfdaşlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib və sürətli bərpanın zəruriliyini vurğulayıb, çünki bu, ukraynalılar üçün təhlükəsiz həyat şəraitinin yaradılmasına və ölkənin iqtisadi dirçəlməsinə kömək edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay