BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
43806

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Ukrayna Prezidenti Vladimir Zelenski Odessa şəhərinə səfər edərkən Rusiya qüvvələri şəhərə raket zərbəsi endirib.

Valyuta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstan OEMA nəşri məlumat yayıb.

Nəşr bildirib ki, Rusiya qoşunları Ukrayna Prezidenti Vladimir Zelenskinin avtomobil karvanını hədəfə alıb, partlayış Baş nazir Mitsotakisin başçılıq etdiyi Yunanıstan nümayəndə heyətindən 150 metr aralıda baş verib.

Nəşrin öz mənbələrinə istinadən məlumatına görə, Yunanıstan nümayəndə heyətinin üzvlərindən heç biri xəsarət almayıb.

"Baş nazirin və ya Yunanıstan nümayəndə heyətinin təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur", - hökumətin rəsmi mənbələri bildirib.

Yunanıstanın dövlət naziri Stavros Papastavrou nəşrə verdiyi açıqlamada "Hamımız yaxşıyıq" deyib.

Odessada keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Zelenski raket hücumuna toxunaraq: "Hələlik bütün təfərrüatları bilmirəm, amma bilirəm ki, ölənlər və yaralılar var", - deyə bildirib.

Yunanıstanın Baş naziri də partlayış səsini eşitdiyi deyib: "Bizə çox yaxın ərazidə partlayış səslərini eşitdik. Sığınacağa getməyə vaxtımız yox idi; çox təsir edici bir təcrübə oldu".

Artıq Aİ rəsmiləri bu hücumu pisləyib. Aİ Şurasının Prezidenti Şarl Mişel "X" hesabında raket hücumu ilə bağlı paylaşım edərək: "Prezident Zelenski və Baş nazir Mitsotakisin səfəri zamanı Odessaya hücum Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsindəki qorxaq taktikasının növbəti göstəricisidir. Bu qınaq obyektidir. Aİ-nin Ukraynaya və onun cəsur xalqına tam dəstəyi səngiməyəcək", - Şarl Mişel paylaşımında bildirib.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də Zelenski və Mitsotakisin Odessaya səfəri zamanı Rusiyanın bu şəhərə raket zərbəsini pisləyib. "Prezident Zelenski və Baş nazir Mitsotakisin Odessaya səfəri zamanı Rusiya tərəfindən Odessaya edilən xain hücumu qətiyyətlə pisləyirəm. Bu yeni terror cəhdi heç kəsi qorxutmur - əlbəttə ki, nə oradakı iki lideri, nə də cəsur Ukrayna xalqını. Biz həmişəkindən daha çox Ukraynanın yanındayıq", - von der Leyen bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin