Qazprom Polşanın “Europol Gaz” və “Orlen” konsernini məhkəməyə verdi
Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi “Qazprom”un Yamal-Avropa qaz kəmərinin Polşa hissəsinin operatoru “Europol Gaz”a, eləcə də “Orlen” konserninə qarşı iddiasını qeydə alıb.
Valyuta.az xəbər verir ki, bu barədə Prime yazır.
İddianın hansı səbəbdən qaldırıldığı hələlik açıqlanmayıb. Martın 4-də qeydə alınan iddia üzrə məhkəmə baxışı hələ təyin edilməyib.
2023-cü ilin noyabrında Rusiya məhkəməsi Europol GAZ-ı 1,5 milyard dollar cərimələyib . O, həmçinin Stokholm Ticarət Palatasında Qazprom Eksport ilə prosesi davam etdirmək qadağan edilib. Məhkəmənin aydınlaşdırdığı kimi, Europol GAZ may ayında İsveç arbitrajında Qazprom-un törəmə müəssisəsindən 1,5 milyard dollar tələb edərək prosesə başlayıb. Lakin sonuncu məhkəmənin ədalətli olmadığını əsas gətirərək Rusiya məhkəməsinə müraciət edib.
Bundan əvvəl "Qazprom Eksport" Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsində alman treyderləri Uniper Global Commodities SE və Meta-Methanhandel GmbH-yə qarşı iddia qaldırmışdı.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay