BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
43734

Avropa İttifaqı 2030-cu ilə qədər silahların 50%-ni blok daxilindən almağı və Ukrayna ilə əməkdaşlıq etməyi hədəfləyir.

Valyuta.az xəbər verir ki, təklif olunan sənədin mətni Avropa Komissiyasının saytında dərc olunub.

Sənədə əsasən, bu strategiyanın qəbul edilməsinin əsas səbəbləri Rusiyadan gələn hərbi təhlükə və Aİ-yə üzv ölkələrin üçüncü ölkələrdən silahlardan asılılığıdır. 2022-ci ildə Aİ ölkələrinin müdafiə xərcləri 240 milyard avroya qədər artıb, lakin satınalmaların 78%-i Aİ hüdudlarından kənarda həyata keçirilib. Silahların çoxu ABŞ-da alınıb. 

Sənədin müəllifləri Aİ-nin müdafiə sənayesinin əsas problemlərindən birini üzv ölkələrin konsolidasiyasının aşağı səviyyədə olmasında görürlər. Əslində dövlətlər öz maraqlarından çıxış edərək silahları ayrıca alırlar. Bu, müdafiə şirkətlərinin bir böyük və inteqrasiya olunmuş bazarda deyil, bir neçə dağınıq bazarda fəaliyyət göstərməyə məcbur edilməsi ilə nəticələnir. 

Avropalı müştərilərin son zamanlar AB-də potensiala və iş yerlərinə investisiya etmək əvəzinə, üçüncü ölkələrdən hazır silahları getdikcə daha çox aldıqları vurğulanır. Nəticədə müdafiə müəssisələri ixracdan asılı vəziyyətə düşür və milli müştəri onlar üçün prioritet deyil.

Müdafiə sənayesinin aktual “xəstəliklərini” həll etmək üçün strategiya üzv ölkələrin 2030-cu ilə qədər aşağıdakı göstəricilərə nail olmasını nəzərdə tutur:

Üzv ölkələr müdafiə satınalmalarının 40%-ni birgə həyata keçirməlidir;
Üzv dövlətlər arasında silah ticarəti Aİ silah bazarının ümumi həcminin ən azı 35%-ni təşkil etməlidir; 
2030-cu ilə qədər müdafiə təchizatının 50%-i, 2035-ci ilə qədər isə 60%-i Avropa İttifaqı daxilində həyata keçirilməlidir.
Həmçinin, Müdafiə Sənayesinin Birgə İnkişaf Proqramı (EDİP) çərçivəsində strategiya 2025-2027-ci illər ərzində müdafiə sənayesinə 1,5 milyard ABŞ dolları həcmində birbaşa investisiya qoyulmasını nəzərdə tutur.

Sənəddə ayrıca məqam kimi Ukraynanın adı çəkilir. Ukrayna müdafiə kompleksi ilə əməkdaşlığın dərinləşdirilməsinin Avropa İttifaqının Ukrayna qarşısındakı təhlükəsizlik öhdəliklərinin bir hissəsi olacağı vurğulanır. 

Xüsusilə, Ukrayna Aİ silahlarının birgə alınmasında iştirak edə, yerli müdafiə sənayesi isə EDİP-dən maliyyə dəstəyi ala biləcək. Sonuncu üçün, Rusiyanın dondurulmuş aktivlərindən gəlir əldə edilə bilər. 

Avropanın siyasi strukturları Avropa İttifaqı ilə Ukrayna müdafiə sənayesi arasında əməkdaşlığın daha da stimullaşdırılması imkanlarını araşdıracaqlar. Əməkdaşlığı gücləndirmək üçün 2024-cü ildə Ukrayna-Aİ müdafiə sənayesi forumu keçiriləcək.


Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin