"Rusiya qazının Ukraynadan tranzitindən imtina qiymət artımına səbəb olacaq"
Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropa ölkələrinə nəqlinin dayandırılması dünya bazarında yanacağın qiymətinin artmasına səbəb olacaq.
Valyuta.az xəbər verir ki, bunu lenta.ru-ya Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov deyib.
"Bu, qiymətləri yüksəldəcək və ayrı-ayrı ölkələr üçün problemlər yaradacaq, lakin Avropa İttifaqı üçün heç bir fəlakət olmayacaq. Baxmayaraq ki, real oyunçuların heç biri bunu istəməz", deyə analitik qeyd edib.
Yuşkov hesab edir ki, son iki il ərzində Avropa artıq Rusiya Federasiyasından enerji resurslarının alışını əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, 2021-ci ildə regiona təxminən 160 milyard kubmetr Rusiya qazı daxil olubsa, 2023-cü ildə bu qazın dəyəri cəmi 27-28 milyard kubmetr olub ki, bunun da cəmi 14,5 milyard kubmetri Ukrayna ərazisindən keçib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay