Çin bu il hərbi xərclərini 7,2 faiz artırmağı planlaşdırır
Gərgin iqtisadi vəziyyətə baxmayaraq, Çin bu il hərbi xərclərini 7,2 faiz artırmağı planlaşdırır.
Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çianın ÇXR-in Xalq Nümayəndələri Yığıncağının sessiyasına təqdim etdiyi hesabatda deyilir.
“İqtisadiyyatın transformasiyası davam etməli və bütün risk və çağırışlara hazırlıq görülməlidir. Rəsmi rəqəmlərə görə, ötən il Çində iqtisadi artım 5,2 faiz təşkil edib ki, bu da pandemiya dövrü istisna olmaqla, son onilliklərin ən aşağı göstəricisidir. Çin iqtisadiyyatı son vaxtlar ilk növbədə aşağı qlobal tələbdən, zəif daxili istehlakdan və daşınmaz əmlak bazarındakı böhrandan əziyyət çəkir”, - deyə Li Çian bildirib.
Baş nazirin təqdim etdiyi hesabata görə, hökumət bu il üç faizlik büdcə kəsirinin olacağını proqnozlaşdırır. Buna baxmayaraq, hərbi xərclərin əvvəlki ildə olduğu kimi yenidən 7,2 faiz artacağı gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay