Qırmızı dəniz böhranı qlobal ərzaq qiymətlərini artıracaq
Husi “Ənsar Allah” hərəkatı tərəfindən Bab əl-Məndəb boğazı və Qırmızı dənizin blokadaya alınması qlobal ticarətə mənfi təsir göstərən və ərzaq qiymətlərinin artmasına səbəb olan böhran yaradıb.
Valyuta.az xəbər verir ki, bu barədə TASS-a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqələr üzrə ofisinin direktoru Oleq Kobyakov bildirib.
Kobyakov qeyd edib ki, Bab əl-Məndəb boğazı və Qırmızı dənizin husilər tərəfindən bağlanması səbəbindən bu marşrutla hərəkət edən gəmilərin yükdaşıma qiyməti təxminən 4 dəfə artıb, yükdaşımaların həcmi isə 30% azalıb. O, dünyanın ən böyük dəniz daşıyıcılarının bu marşrutdan istifadə etməkdən imtina etdiyini, bunun tədarük zəncirlərinin pozulmasına və digər marşrutlarla daşıma xərclərinin artmasına səbəb olduğunu vurğulayıb.
Bağlanmanın iqtisadi ziyanı məhsulların bahalaşmasına, inflyasiyaya və istehlakçılar üçün ərzaq məhsullarının əlçatanlığının pisləşməsinə səbəb olur. FAO-nun baş iqtisadçısı Maximo Torero müxtəlif dəniz ərazilərində vəziyyətin yaratdığı risklərdən narahatlığını ifadə edərək, qlobal ticarət yollarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər İsrailə zərbə endirmək və anklavda əməliyyat başa çatana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə mane olmaq niyyətində olduqlarını bəyan ediblər. Bu ərazilərdə mülki gəmilərə hücumlar ötən il noyabrın ortalarında başlayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay