Dünya
04.03.2024 / 12:19
Qalapaqosda vulkan püskürməyə başladı (VİDEO)
43577
Qalapaqos arxipelaqına daxil olan Fernandina adasında "La Cumbre" vulkanı püskürməyə başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə geoloqların məlumatlarına istinadən Ekvadorun Ətraf Mühit, Su və Ekoloji Keçid Nazirliyi məlumat yayıb.
Fernandina adasında yaşayış yoxdur, lakin milli parkda yerləşir və turistlər tərəfindən ziyarət edilir.
Ekvador nazirliyinin məlumatına görə, püskürmənin nə qədər davam edəcəyi və lavanın dəniz sahilinə çatıb-çatmayacağı məlum deyil. Lakin bildirilir ki, bu püskürmə 2017, 2018 və 2020-ci illərdəkindən daha güclü olacaq.
Qalapaqos adaları Sakit okeanda yerləşir. Bu adaların ərazisində nəhəng tısbağalar, iquanalar, bəzi quş növləri və digər heyvanlar da daxil olmaqla bir çox unikal növlər yaşayır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay