Qərb əmtəə qiymətlərinin artması fonunda uran mədənlərini canlandırır
Birləşmiş Ştatlarda və digər uran istehsal edən ölkələrdə tərk edilmiş mədənlərin sahibləri nüvə yanacağına artan tələbatdan faydalanmaq üçün yenidən açılırlar.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Mənbənin sözlərinə görə, ən azı 5 Amerika şirkəti Vayominq, Texas, Arizona və Yuta ştatlarında mədənləri bərpa edir. Bu ştatlarda uran istehsalı 2011-ci ildə Yaponiyada Fukusima-1 atom elektrik stansiyasında baş verən fəlakətə qədər inkişaf edib. Bundan sonra Almaniya və Yaponiya nüvə reaktorlarını mərhələli şəkildə dayandırmağa başlayıblar, nəticədə uranın qiyməti aşağı düşüb. Keçən il Almaniya son üç atom elektrik stansiyasını bağlayıb.
Qeyd olunur ki, "Ur-Energy and Energy Fuels" (ABŞ), "Sprott Physical Uranium" (Kanada) və başqaları köhnə mədənlərdə uran istehsalına başlamağı planlaşdırır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay