Dünya
01.03.2024 / 17:57
Çin 2050-ci ilə qədər dünyanın aparıcı kobalt istehsalçısı olacaq
43458
2025-ci ilə qədər Çin dünya kobaltının (Kobalt tarixi Azərbaycandilli mənbələrdə Zırnıxdaşı adlanır. Mendeleyevin elementlərin dövri sistemində 27-ci elementdir) 60%-ni istehsal edəcək.
Valyuta.az xəbər verir ki, bu proqnozu “Financial Times” verib.
Kobalt bütün elektronikanı gücləndirən batareyaların əsas elementidir. İndi bu metalın ümumi istehsalının 54%-i artıq Çinin payına düşür. Bu rəqəm analitiklərin təxminlərini üstələyir. Növbəti iki ildə dəyərin 50% olacağı gözlənilirdi.
Keçən il Çinin mədən və metallar şirkəti CMOC İsveçrənin "Glencore" ticarət evini keçərək kobalt istehsalında dünya lideri olub. Bununla yanaşı, 12 ay ərzində dünyada metal istehsalının ümumi həcmi 2022-ci ilə qədər 17% artıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay