Fransa MN Rusiyanın aktivlərini müsadirə etmək üçün heç bir səbəb görmür
Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Maire bildirib ki, Avropa İttifaqının Avropa ölkələrində dondurulmuş bütün Rusiya aktivlərinin müsadirə edilməsi üçün hüquqi əsası yoxdur.
Valyuta.az xəbər o bu fbarədə İyirmilik maliyyə nazirləri qrupunun (G20) Braziliyanın Sao Paulo şəhərində keçirilən görüşündə çıxışı zamanı deyib.
Le Maire-in fikrincə, Qərb ölkələri üçün beynəlxalq qaydalara əməl etməməkdən daha dağıdıcı heç nə yoxdur, çünki bu, dünya birliyində parçalanmanın dərinləşməsi riski ilə nəticələnəcək və Avropa ikili standartlarda ittiham olunacaq.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəzi Qərb ölkələrinin Rusiya Mərkəzi Bankının aktivlərinin müsadirə olunmasının qarşısını aldığını bildirib.
Fevralın 25-də ABŞ prezidenti Co Bayden G7 sammitində Rusiya aktivlərindən istifadə məsələsini qaldırıb.
Fevralın 19-da Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, çox yaxında Avropa İttifaqı (Aİ) bloklanmış Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadəsini qanuniləşdirə biləcək. Onun sözlərinə görə, artıq bu təşəbbüs çərçivəsində hüquqi addımlar atılır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay