İflas ərəfəsində olan məşhur avtomobil markasının potensial alıcısı açıqlandı
"Changan Corporation" iflas ərəfəsində olan Çinin "HiPhi" avtomobil şirkətinin alıcısına çevrilə bilər.
Valyuta.az bu barədə carnewschina.com-a istinadən xəbər verir.
Bundan əvvəl, "Changan"ın artıq HiPhi səhmlərinin 51% -ni alması barədə məlumatlar ortaya çıxıb. Lakin şirkət bunu təkzib edərək, hələlik yalnız satınalma ehtimalından söhbət getdiyini bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, Çin premium elektrik avtomobilləri istehsalçısı "HiPhi" Şanxayın şimalındakı Yançenq şəhərindəki yeganə zavodunda 6 ay ərzində fəaliyyətini dayandırıb.
Jurnalistlər "HiPhi"nin "WeChat" messencer vasitəsilə əməkdaşlarına göndərdiyi daxili memoya giriş əldə ediblər. Hesabatda bildirilir ki, fevralın 18-dən zavod 6 ay müddətinə istehsalın dayandırılması mərhələsinə qədəm qoyub. İşçilərin zavoda daxil olması qadağandır. Onlara yanvar ayının əmək haqlarının fevralın sonunda veriləcəyi, fevralda işlədiyi günlərin ödənişi isə daha sonra müəyyən ediləcəyi vəd edilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay