“Roskosmos” 11,4 milyarda əsas olmayan aktivlərini satmağı planlaşdırır
Fransa prezidenti Emmanuel Makronun Aİ qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatı Avropadan kapital axınının artmasına səbəb ola bilər.
Valyuta.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Brüsselin maliyyə dairələrindəki mənbə bildirib.
"Bu, Avropa iqtisadiyyatına uzunmüddətli investisiyalar üçün riskin artdığını göstərir", - mənbə deyib.
Mənbənin sözlərinə görə, bu, Avropadan, ilk növbədə ABŞ-a kapital axınının daha da artmasına kömək edəcək.
Fevralın 26-da Makron Aİ ölkələrindən Ukraynaya qoşun göndərmə ehtimalını dilə gətirib. O bildirib ki, Parisdə keçirilən konfransda Aİ ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsi imkanları müzakirə olunub.
Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans öz əsgərlərini Ukraynadakı döyüş bölgəsinə göndərməyi planlaşdırmır.
Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib ki, NATO qoşunlarının Ukraynadakı döyüş zonasına göndərilməsi alyansla Rusiya arasında toqquşmaya səbəb olacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay