Putinin etimadı Türkiyə üçün böyük əhəmiyyət daşıyır - “Aydınlıq”
Rusiya prezidenti Vladimir Putinin Rusiya-Türkiyə enerji əməkdaşlığı ilə bağlı verdiyi bəyanat iki ölkə arasındakı münasibətlər üçün böyük əhəmiyyət kəsb edir.
Valyuta.az xəbər verir ki, bunu Türkiyənin “Aydınlıq” qəzetinin iqtisadi müşahidəçisi Serhat Lətifoğlu deyib.
Putinin Türkiyənin Rusiyanın enerji sektorunda ən etibarlı tərəfdaşı olması barədə sözlərini şərh edən Lətifoğlu qeyd edib ki, Rusiya prezidentinin etimad ifadəsi Ankara üçün son dərəcə vacibdir. Köşə yazarı bəyanatı tarixi və Türkiyə üçün dəstəkləyici və ümidverici adlandırıb.
Lətifoğlu Rusiya ilə Türkiyə arasında ticarət və maliyyə əlaqələrinin böyük potensiala malik olduğuna əminliyini ifadə edib. Ona görə də onların inkişafı Türkiyə iqtisadiyyatında ciddi təkan gətirəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay