Dünya
28.02.2024 / 09:53
Rusiya 4 il sonra Ekvadordan neft məhsulları aldı
43204
Rusiya 4 ildə ilk dəfə Ekvadordan yanacaq alıb.
Valyuta.az xəbər verir ki, bu barədə Ekvador statistika qurumu məlumat yayıb.
"RİA Novosti"nin təhlilinə görə, 2023-cü ildə Rusiya gəmilər üçün dəniz mühərriklərində istifadə edilən 1,6 min ton Ekvador mazut alıb. Əməliyyat məbləği 335 min dollar təşkil edib.
Agentlik qeyd edir ki, Rusiya sonuncu dəfə Ekvadordan neft məhsulları 2019-cu ildə alıb. Həmin vaxt 287 min dollara 700 ton neft məhsulları idxal edilib.
Ümumilikdə, Ekvador dünya bazarına 1,1 milyard dollar dəyərində təxminən 2,7 milyon ton neft məhsulları tədarük edib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay