Canet Yellen Rusiya aktivlərini müsadirə etmək üçün yolunu tapılması tələb edir
Qərb tez bir zamanda Rusiyanın dondurulmuş aktivlərini müsadirə edib, Ukraynaya ötürməyin qanuni yolunu tapmalıdır.
Valyuta.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
Yellen G20-nin xəzinə nazirləri və mərkəzi bankının görüşündən əvvəl keçirilən mətbuat konfransında deyib: "Mən həmçinin inanıram ki, koalisiyamız təcili olaraq bu dondurulmuş aktivlərin potensialını Ukrayna müqavimətini və uzunmüddətli bərpasını dəstəkləmək üçün açmaqla bağlı bir yol tapmalıdır".
ABŞ xəzinədarlığının rəhbərinin fikrincə, bu cür təzyiq Rusiyanı Ukraynada ədalətli sülhü müzakirə etmək üçün danışıqlar masasına oturmağa məcbur edə bilər.
Bundan əvvəl Rusiyanın maliyyə naziri Anton Siluanov bildirmişdi ki, Rusiyanın xaricdəki dondurulmuş aktivləri ilə bağlı istənilən hərəkətə simmetrik cavab veriləcək. Siluanov qeyd edib ki, Maliyyə Nazirliyinin sərəncamında eyni dərəcədə böyük miqdarda Qərb aktivləri var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay