Hindistan Aİ sanksiyalarına məruz qalan şirkəti araşdırır
Hindistan hakimiyyəti Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarının 13-cü paketinə daxil edilmiş "Si2 Microsystems" texnologiya şirkətinin fəaliyyətini araşdırır.
Qaynarinfo bu barədə "Hindu" nəşri məlumat yayıb.
"Xarici İşlər Nazirliyi elanı şərh etməkdən imtina etdi, lakin rəsmilər "Hindu"ya bildirdilər ki, hər üç aidiyyəti nazirlik - Xarici İşlər Nazirliyi, Ticarət və Sənaye Nazirliyi və Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi - elandan və şirkətin hökumətlə əlaqələrindən xəbərdardır", deyə nəşr yazıb.
Məlumata görə, şirkət Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinin tərəfdaşıdır.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Şurası yeni anti-Rusiya sanksiyalar paketini təsdiqləyib. Buraya Rusiya Federasiyasından olan 194 fiziki və hüquqi şəxs daxildir. Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tailand və Türkiyədən bir sıra şirkətlər ikinci dərəcəli sanksiyalara məruz qalıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay