Polşa fermerlərin dağıtdığı 180 ton Ukrayna qarğıdalısını yerdən yığışdıra bilmir
Polşada fevralın 25-nə keçən gecə Kotomerze dəmir yolu stansiyası yaxınlığında vaqonlardan dağıdılan Ukrayna qarğıdalısının yığılması başa çatıb. Bununla belə, 30 ton yığılmayacaq.
Valyuta.az xəbər verir ki, bunu nəqliyyat təhlükəsizliyi şirkətinin nümayəndəsi Pavel Bilevski PAP-a bildirib.
“40 vaqondan 8-i açılıb... 8 mm qalınlığında gömrük kabelləri kəsilib. Beləcə vaqonların qoşa tərəfli qapıları açılıb”, - deyə o, qapını açanda malların yarısının vaqondan çölə dağıldığını bildirib.
Bilevskinin sözlərinə görə, 160-180 ton arasında qarğıdalı dağılıb ki, bunun da 30 tonu yerdə qalıb. Bu taxıl gömrükdə çəkiləcək və sonra utilizasiyaya və ya bioyanacaq istehsalına göndəriləcək.
Polşa rəsmisi eyni zamanda vurğulayıb ki, Ukrayna qarğıdalı Qdansk limanı vasitəsilə Mərakeşə göndərilməli idi.
Polşa polisi prokurorla məsləhətləşdikdən sonra Polşa Respublikasının Cinayət Məcəlləsinin 288 maddəsi - əmlakın məhv edilməsi üzrə cinayət işi açıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay