ABŞ Konqresi mart ayında şatdaun problemini həll edə bilmədi
Həftə sonu ABŞ Konqresi federal hökumətin maliyyələşdirilməsi və martın əvvəlində onun şatdaununun qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib.
Valyuta.az xəbər verir ki, bu barədə TASS Nyu York ştatından olan Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumerin məktubuna istinadən məlumat yayıb.
Şumer federal hökumətin şatdaununun qarşısını almaq məsələsinə bu həftə yenidən baxılacağını söyləyib. Martın 1-də baş verə biləcək şatdaun ABŞ iqtisadiyyatını və təhlükəsizliyini təhdid edəcək.
“Ümid edirdik, qanun layihəsi bu həftəsonu hazır olacaq ki, qanunvericilərin mətnlə tanış olmaq üçün kifayət qədər vaxtı olsun, lakin indi aydın oldu ki, Nümayəndələr Palatasının respublikaçılarının özlərini başa düşmək üçün daha çox vaxta ehtiyacı var”, - konqresmen izah edib.
Bundan əvvəl Axios portalı mənbələrə istinadən yazmışdı ki, ABŞ Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar martın əvvəlində federal hökumətin “şatdaununu” gözləyirlər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay