Dünya
26.02.2024 / 08:58
Bu ölkədə elektrik və yanacaq kəskin bahalaşıb
43045
Almaniya vətəndaşları 2024-cü ildə 2021-ci illə müqayisədə elektrik enerjisi, istilik və yanacağa 41 faizə qədər daha çox pul ödəyirlər.
Valyuta.az-ın Lent.az-a istinadən xəbərinə görə, bu barədə “Funke” qəzeti “Verivox” istehlak araşdırma portalının tədqiqatına istinadən məlumat yayıb.
Tədqiqat zamanı şərti olaraq 3 nəfərlik ailə əsas götürülüb. Beləliklə, 3 il əvvəl bir ailənin elektrik, istilik və yanacaq xərcləri 3,7 min avro təşkil edibsə, hazırda bu göstərici 1,5 min avro daha çoxdur.
Qeyd edilib ki, 2021-ci ildə COVİD-19-la qlobal enerji böhranı başlayıb, neft, qaz və elektrik enerjisinin çatışmazlığı və qiymət artımı müşayiət olunub, 2022-ci ildə Ukrayna böhranının başlanması ilə bu tendensiya güclənib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay