Dünya
26.02.2024 / 08:44
Rusiya cari ildə xaricə 70 milyon ton taxıl tədarük etməyi planlaşdırır
43043
Rusiya 2024-cü ildə xaricə 70 milyon tona qədər taxıl tədarük etməyi planlaşdırır.
Valyuta.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib.
Nazirin sözlərinə görə, ötən il 43,5 milyard dollarlıq kənd təsərrüfatı məhsullarının ümumi ixracının əksəriyyətini buğda, qarğıdalı və arpa təşkil edib.
"Bundan başqa, biz buğda ticarətində dünyada birinci yeri tutmağa davam edirik. Rusiya Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan və Çin kimi ölkələrə bu məhsulun əsas tədarükçüsüdür. Hətta dünya qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracından əldə etdiyi gəlirləri artmaqda davam edir”, - deyə D.Patruşev bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay