Acun Ilıcalı bu kanalın yarısını alır – 30 milyona
Televiziya prodüseri Acun Ilıcalı Almaniyanın idman kanalı “Sport1”-in səhmlərinin 50 faizini 30 milyon avroya alır.
Valyuta.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, “Acunmedya”nın sahibi Ilıcalının “Sport1” şirkətinin səhmlərinin 50 faizini 30 milyon avroya alacağı açıqlanıb. Bu açıqlama ilə satışdan əvvəl kanalın yeganə sahibi olan İsveçrənin “Highlight Communications” media qrupu idi. “Reuters”in məlumatına görə, “Acunmedya”nın idmanla bağlı layihələri gələcəkdə “Sport1”-də də yayımlanacaq.
Qeyd edək ki, “Highlight Communications” keçən yay “Sport1”-in səhmlərinin hamısını və ya bir hissəsini satmaq qərarına gəlib. İsveçrə şirkəti kanalı daha da inkişaf etdirmək üçün bu addımı atdığını açıqlayıb. Qeyd olunub ki, “Sport1”-in “Acunmedya”-ya satışı hələ rəqabət və media tənzimləyici orqanlar tərəfindən təsdiqlənməyib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay