Reuters: BVF Ukraynaya 880 milyon dollar tranş ayırmaq barədə razılığa gəlib
Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna ilə müqaviləyə əsasən Kiyevə 880 milyon dollar məbləğində növbəti tranşın ayrılması barədə razılığa gəlib.
Valyuta.az xəbər verir ki, tranş martda təsdiqlənmiş genişləndirilmiş kreditləşmə mexanizmi vasitəsilə Kiyevə göndəriləcək. Vəsaitlərin ayrılması BVF rəhbərliyi və təşkilatın icraçı direktorlar şurası tərəfindən təsdiqlənməlidir.Onların bu məsələyə martın ikinci yarısında baxacağı gözlənilir.
BVF hələ ki, TASS-ın bu məlumatı təsdiqləmək tələbinə cavab verməyib.
Dörd illik uzadılmış kreditləşmənin əvvəlki 900 milyon dollarlıq tranşı dekabr ayında icraçı direktorlar şurası tərəfindən təsdiqlənib. Fond bundan əvvəl bu mexanizm üzrə Ukrayna üçün 15,6 milyard dollar məbləğində maliyyələşmə ilə dördillik proqramı təsdiqləyib. 2,7 milyard dollarlıq birinci tranş aprelin 3-də Ukrayna dövlət büdcəsinin ümumi fonduna daxil olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay