Qırmızı dəniz böhranı fonunda Ermənistan Hindistana alternativ ticarət yolu təklif etdi
Ermənistan Hindistana ölkəni Avropa ilə birləşdirən alternativ ticarət yolunun formalaşmasında öz dəstəyini təklif edib.
Valyuta.az xəbər verir ki, bunu ANI agentliyinə Nyu-Dehlidə keçirilən “Raisina dialoqu” beynəlxalq politologiya konfransında iştirak edən ölkənin əmək və sosial məsələlər naziri Narek Mkrtçyan deyib.
“Ermənistan Hindistana, xüsusən də Avropa ilə alternativ dəniz ticarət marşrutu təklif etmək üçün strateji mövqeyə malikdir”, - o bildirib.
Onun sözlərinə görə, bu, bir çox ölkələrin, o cümlədən Hindistanın Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücumların çoxluğunu nəzərə alaraq, Avropa və Qərblə ticarət üçün alternativ dəniz yolları axtardığı bir vaxtda vacibdir.
“Ermənistan hökuməti Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC), Qara dənizdən keçən nəqliyyat, həmçinin tranzit dəhlizi və Hindistan və İran arasında birgə layihəsi olan Çabahar limanının inkişafı kimi iri regional və qlobal layihələrdə tərəfdaşlıq yaratmağa sadiqdir”, - nazir bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay