Türkiyə Rusiyaya tədarükünü kəskin şəkildə azaldıb
Yanvarda Türkiyədən Rusiyaya tədarükün həcmi illik hesablamada 30,4% azalaraq 551,1 milyon dollar təşkil edib.
Valyuta.az xəbər verir ki, bunu Türkiyə İxracatçılar Məclisinin açıqladığı məlumatlar sübut edir.
Müqayisə üçün deyək ki, 2023-cü ilin yanvarında Türkiyənin Rusiyaya ixracı 792,1 milyon dollar təşkil edib.
Ən kəskin azalma elektrotexnika və kimya məhsulları sahələrində qeydə alınıb - müvafiq olaraq -48,8 və -41,1%. Dövr ərzində Türkiyədən Rusiya Federasiyasına təzə tərəvəz və meyvələrin ixracı 20,4%, avtomobil tədarükü 7,6% azalıb.
Bundan əvvəl Türkiyə şirkətləri Rusiya Federasiyası ilə hesablaşmalarda relaksasiya tətbiq edilməsini tələb etmişdilər. İndi köçürmələrlə bağlı problemlərə görə banklardan yan keçərək Rusiyadan ödənişləri qəbul etməyə məcburdurlar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay