"Brussels Airlines" İsrailə uçuşları bərpa edir
Belçikanın "Brussels Airlines" aviaşirkəti martın 24-dən İsrailə uçuşları bərpa edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Şirkət bu qərarı bütün aidiyyatı departamentlərlə məsələni diqqətlə nəzərdən keçirdikdən sonra qəbul edib", deyə məlumatda qeyd edilir.
Agentlik qeyd edir ki, "Brussels Airlines" Brüssel-Təl-Əviv marşrutu üzrə həftədə üç dəfə uçuş həyata keçirəcək.
Bundan əvvəl Amerikanın "United Airlines" şirkəti mart ayında İsrailə uçuşların bərpa olunacağını açıqlamışdı.
Yanvarın 26-da bildirilib ki, İsrailin ən böyük aviaşirkəti "El Al" bu ilin mart ayının sonuna qədər Cənubi Afrika Respublikasına (RSA) uçuşları dayandırır. Dekabr ayında Cənubi Afrika İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlara görə onu soyqırımda və daha sonra aparteiddə ittiham edərək, Haaqa Beynəlxalq Məhkəməsində İsrailə qarşı iddia qaldırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay