AI insanların etibarını qazanmağı öyrənə bilər
San-Xosedəki Kaliforniya Universiteti və digər elmi qurumların süni intellekt (AI) sahəsində amerikalı tədqiqatçıları müəyyən ediblər ki, süni intellekt agentləri (neyroşəbəkələrə əsaslanan virtual köməkçilər) ünsiyyət tərzini dəyişdirərək insanların etibarını qazanmağı öyrənə bilərlər.
Valyuta.az xəbər verir ki, tədqiqat "Management Science" (MNSC) elmi jurnalında dərc olunub.
"İnsan sınaq və səhv yolu ilə öyrənərək başqalarının etibarını qazana bilir. Süni intellekt də eyni şəkildə hərəkət edə bilər", deyə araşdırmanın müəlliflərindən biri olan Yang Vu bildirib.
Tədqiqatçıların fikrincə, onlar sübut ediblər ki, süni intellekt agentləri başqalarını öz etibarlılığına inandırmaq üçün müstəqil şəkildə strategiyalar hazırlaya bilirlər.
"Süni intellekt agentlərinin sosial davranışı interaktiv öyrənmə vasitəsilə endogen şəkildə müəyyən edilə bildiyinə görə, o, həm də bizə qərar qəbul etmə və əməkdaşlıq ssenarilərində davranışı öyrənmək üçün yeni alət təqdim edə bilər", deyə tədqiqatın həmmüəllifi Kay Cutçen əlavə edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay