İraqın baş naziri Vahid Ələkbərovla Rusiya şirkətlərinin fəaliyyətindən danışdı
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri, Rusiya Federasiyası Sənayeçilər və Sahibkarlar Komitəsinin rəhbəri Vahid Ələkbərov şəxsi görüş keçirib və İraqda fəaliyyət göstərən Rusiya şirkətlərinin işlərini müzakirə ediblər.
Valyuta.az xəbər verir ki, bu barədə İraq baş nazirinin mətbuat xidməti rəsmi Telegram kanalında məlumat yayıb.
"Biz Ələkbərovu və onu müşayiət edən nümayəndə heyətini qəbul etdik", - məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, tərəflər həmçinin “Lukoyl”un fəaliyyət göstərdiyi Qərbi Qurna və Eridu neft yataqlarının işlənməsi planlarını və onun işinə mane olan əngəllərin aradan qaldırılması yollarını müzakirə ediblər. Bundan əlavə, danışıqlar zamanı “Lukoyl”un İraqda kompleks enerji layihələrində iştirakı və neft hasilatının lisenziyalaşdırılmasının yeni mərhələləri məsələsi qaldırılıb.
Qeyd edək ki, fevralın əvvəlində İraq hökuməti Rusiyanın “Qazprom” şirkətini ölkənin cənubundakı Nasiriyyə neft yatağının işlənməsində iştirak etməyə dəvət etmək qərarına gəlib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay