40 il ərzində İrana, 2022-ci ildən bəri Rusiyaya qarşı sanksiyalar – Hansı çoxdur?
2022-ci ilin fevral ayının əvvəlindən Rusiyaya qarşı 15 628 sanksiya tətbiq edilib.
Valyuta.az xəbər verir ki, Rusiyaya qarşı ən çox sanksiyaları ABŞ tətbiq edib. İşğalın başlanğıcından bəri Vaşinqton 3,5 minə yaxın məhdudlaşdırıcı tədbir tətbiq edib. İkinci yerdə 2377 sanksiya ilə İsveçrə qərarlaşıb. Kanada ilk üçlüyü 2087 məhdudiyyətlə qapayır.
Rusiya Federasiyasına qarşı mindən çox sanksiya həmçinin Böyük Britaniya (1949), Avropa İttifaqı (1837), Yeni Zelandiya (1620), Avstraliya (1254) tərəfindən tətbiq edilib.
Ən az məhdudiyyət Cənubi Koreya (15) və Sinqapurdan (5) gəlib.
Rusiyaya qarşı sanksiyaların ümumi sayı İrana qarşı 40 il ərzində tətbiq edilən məhdudiyyətlərin sayından artıq üç dəfə çoxdur – 5011.
Bir gün əvvəl Aİ səfirləri Rusiya əleyhinə sanksiyaların 13-cü paketini təsdiqləyiblər. 200-ə yaxın şirkət və fiziki şəxs siyahıya düşmüş ola bilər.
Bu arada avropalı deputatlar Rusiya Federasiyasına qarşı 14-cü məhdudiyyətlər paketi üzrə danışıqlara başlayıblar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay