El Nino bu tarixdə bitəcək - Rusiyalı sinoptik
Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, tarixin ən isti yayına səbəb ola biləcək El Nino fenomeni (ekvatorial Sakit okeanda suyun səth qatının temperaturunda dalğalanmalar) apreldə dayanacaq.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
O izah edib ki, ilin ikinci yarısında soyuq okean axınları mərhələsi baş verəcək. Hesablamalar göstərir ki, 2024-cü ilin ikinci yarısında 60%-dən çox ehtimalla La Nina mərhələsi baş verəcək.
"Aprel ayından başlayaraq El Nino dayanacaq. Yəni Sakit Okeanın şərqində suyun temperaturu normaya düşməyə başlayacaq", deyə Vilfand bildirib.
Bundan əvvəl "İzvestiya" telekanalı 2024-cü ilin yayının Rusiyada tarixin ən isti yay olacağı barədə məlumat vermişdi. Qeyd olunur ki, iqlimə El Nino fenomeni təsir göstərəcək. El Nino bütün dünyada ekstremal hava şəraitinə səbəb ola bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay