Britaniya ixracatçıları "Brexit" səbəbindən nə qədər pul itirib?
Avropa İttifaqına mal göndərən Böyük Britaniyanın qida müəssisələri "Brexit" ilə bağlı bürokratiya səbəbindən üç il ərzində 170 milyon funt-sterlinqdən çox əlavə xərc çəkiblər.
Valyuta.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Təkcə son 12 ay ərzində Böyük Britaniya şirkətləri sertifikatlara görə 58 milyon funt-sterlinqdən çox itiriblər. Analitiklərin fikrincə, real rəqəm bundan xeyli yüksəkdir. Dəyər inzibati xərclər və əlavə işçi heyətin xərclərini nəzərə almır.
Nəşr qeyd edir ki, bir sıra ixracatçılar üçün Avropa bloku ilə ticarətdə belə dəyişikliklər fəlakətlidir. Əsas zərbə kiçik sahibkarlara dəyib.
Nəticədə Böyük Britaniyadan Aİ ölkələrinə mal ixracı kəskin şəkildə azalıb. Məsələn, 2023-cü ilin sonunda ət məhsullarının tədarükü 2019-cu illə müqayisədə 17% azalaraq 1,26 milyard funt-sterlinqə düşüb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay