Türkiyə Dövlət Bankı rusiyalılar üçün hesabların açılması şərtlərini açıqladı
Türkiyədə dövlət bankları müəyyən şərtlərə əməl edən rusiyalılar üçün hesab açmağa davam edir.
Valyuta.az xəbər verir ki, RİA Novosti bu barədə Ziraat dövlət bankının Ankaradakı nümayəndəsinə istinadən yazır.
“Rusiya vətəndaşları üçün hesablar açılır . Şərtlər yaşayış icazəsi, işləmək hüququ və ya tələbə vizasının olmasıdır”, - deyə mənbə jurnalistlərə izah edib və əlavə eləyib ki, heç kim dövlət banklarına rusiyalılar üçün hesab açmağa qadağa qoymayıb.
Bundan əvvəl özəl bank Denizbank belə bir qadağanın olmadığını açıqlamışdı. Bildirilib ki, hesab açmaq üçün Rusiya Federasiyası vətəndaşının Türkiyədə yaşamaq icazəsi, həmçinin hesabın qüvvədə olduğu müddətdə geri götürülməsi mümkün olmayan 10 min ABŞ dolları ekvivalentində əmanəti olmalıdır.
Bundan əvvəl Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov Rusiya ilə Türkiyə arasında bank ödənişləri ilə bağlı problemdən narahatlığını ifadə edib və diplomatik missiyanın hər iki ölkənin xarici iqtisadi fəaliyyəti üçün mənfi nəticələrin qarşısını almaq yönündəTürkiyə hakimiyyət orqanları ilə fəal iş apardığını bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay