Tramp krossovka işinə başladı: “Bunun seçkiylə heç bir əlaqəsi yoxdur”
ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən Sneaker Konvensiyasında bir cüt qızıl idman ayaqqabısı nümayiş etdirib.
Valyuta.az Deutsche Welle-yə istinadla xəbər verir ki, keçmiş prezident krossovka xəttinin buraxılışını elan edərkən "Mən bunu çoxdan etmək istəyirdim" deyib.
“The Never Surrender High-Tops” adlı idman ayaqqabısı 399 dollara satılacaq.
Ayaqqabıları satan internet saytında onun Trampın kampaniyası ilə əlaqəsi olmadığı bildirilir.
“Never Surrender krossovkaları sizing ayaqqabı şəklində mitinq hayqırtınızdır. Bağlarını bağlayın və fəthə hazır olan küçələrə çıxın” deyən sayt idman ayaqqabılarını “əsl kolleksiyaçı əşyası” və “Prezident Tramp kimi cəsarətli, qızılı və sərt” adlandırıb.
Siyasətçinin görünüşü ictimaiyyət tərəfindən qarışıq uğultu və “ABŞ!” şüarları ilə qarşılanıb.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay