BI: Rusiya müharibəni davam etdirmək üçün bütün lazımi vasitələrə malikdir
Rusiya Ukraynada müharibəni davam etdirmək üçün bütün lazımi vasitələrə malikdir.
Valyuta.az xəbər verir ki, bu barədə qlobal makrostrateq və Rusiya üzrə ekspert Həsən Malik Business Insider-ə müsahibəsində bildirib.
Amerikalı ekspertin fikrincə, böhran Rusiya Federasiyasının sərhədlərinə çatmadığı üçün Rusiya iqtisadiyyatı zərər görməyib. Malik həmçinin qeyd edib ki, Ukrayna Rusiyanın müdafiə müəssisələrinə və mühüm infrastrukturuna hücumlarda uğur qazana bilməyib.
Nəşrin həmsöhbəti əlavə edib ki, hərbi təyinatlı mallara tələbat böhranın gedişatını dəstəkləyir. Onun sözlərinə görə, tələb bu malları istehsal edən sənaye sahələrini, ilk növbədə, ölkə daxilində stimullaşdırır, çünki ABŞ və müttəfiqlərinin sanksiyaları səbəbindən Rusiyaya idxal məhdudlaşdırılıb.
Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib ki, Rusiya iqtisadiyyatının qeyri-enerji hissəsi əvvəlkindən daha yaxşı templə inkişaf edir.
Dövlət başçısının sözlərinə görə, Rusiya iqtisadiyyatı Almaniya kimi enerji istehlakçısının itkisinin öhdəsindən gəlir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay