Türkiyənin Rusiyadan buğda idxalı rekord səviyyəyə çatdı
Argentina, Braziliya və bir sıra digər ölkələrin respublikaya tədarükünü dayandırdıqdan sonra Türkiyə Rusiyadan buğda idxalını rekord səviyyəyə – 9 milyon tona çatdırıb.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə xidmətinin məlumatlarına istinadən yazıb.
Türkiyə 2022-ci ildə Rusiya, Ukrayna, Argentina, Braziliya, Bolqarıstan, Qazaxıstan və Latviya da daxil olmaqla 30 ölkədən buğda alıb. Ümumilikdə 8,9 milyon ton idxal edilib.
Amma 2023-cü ildə Argentina, Braziliya, Kipr, Çexiya, Misir, Gürcüstan, İran, İsrail və Latviya Türkiyəyə tədarükünü dayandırıb. Meksika və Livan isə tədarükü demək olar ki, sıfıra endirib.
Bu vəziyyət fonunda Türkiyə Rusiyadan 1,4 dəfə çox - 2,7 milyard dollara 9 milyon ton taxıl alıb.
Həmçinin Ukraynadan tədarüklər 21% artaraq 2,5 milyon tona, Qazaxıstandan 2,3 dəfə 140 min tona, Moldovadan 1,8 dəfə artaraq 120 min tona, Suriyadan isə 1,6 dəfə artaraq 45 min tona çatıb. Bundan əlavə, Bosniya və Herseqovina Türkiyəyə buğda tədarük etməyə başlayıb, ancaq 3,4 min ton həcmində.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay