Dünya
16.02.2024 / 10:39
Aİ ötən il Rusiyadan 30 milyard avroya xammal alıb
42393
Avropa İttifaqı 2023-cü ildə Rusiyadan 30 milyard avro dəyərində neft və qaz alıb ki, bu da 2022-ci illə müqayisədə 2,9 dəfə azdır.
Valyuta.az xəbər verir ki, bu barədə "Eurostat" agentliyinin məlumatında deyilir.
Statistikalar göstərir ki, ötən il Rusiya Federasiyasından Avropa İttifaqına mal idxalı 50 milyard avro, ixrac isə 38,3 milyard avro təşkil edib.
Qeyd olunur ki, 2022-ci ildə Avropa İttifaqı ölkələrinin Rusiya ilə ticarət dövriyyəsi 90 milyard avrodan çox olub, həmin dövrdə neftin bir barelinin qiyməti orta hesabla 100 dollar idi. Eyni zamanda, 2021-ci ilə nisbətən Rusiya Federasiyası ilə Avropa İttifaqı arasında qarşılıqlı ticarət dövriyyəsi 2,8 dəfə azalıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay