Yapon yarımkeçirici istehsalçısı ABŞ-ın proqram təminatı istehsalçısını alır
Yapon yarımkeçirici istehsalçısı Renesas Electronics Amerika proqram təminatı istehsalçısı Altium-u təxminən 887,9 milyard yen (təxminən 5,9 milyard dollar) qarşılığında alacağını açıqlayıb.
Valyuta.az xəbər verir ki, Yapon korporasiyasının bəyanatında deyildiyinə görə, sövdələşmənin 2024-cü ilin ikinci yarısında başa çatdırılması planlaşdırılır. Altium-un alınması Yaponiya şirkətinin “rəqəmsallaşma strategiyasının həyata keçirilməsini əhəmiyyətli dərəcədə sürətləndirməlidir”.
Yaponiya son illərdə artan texnoloji rəqabət şəraitində yarımkeçiricilər istehsalı sektoruna böyük diqqət yetirir və iqtisadi təhlükəsizliyi təmin etmək üçün ölkədə istehsal bazası yaratmaq istəyir. Belə ki, hökumət ötən ilin aprelində qabaqcıl çiplər istehsal edəcək yeni Yaponiya şirkəti Rapidus-a dəstək üçün əlavə 260 milyard yen (təxminən 1,7 milyard dollar) ayırmaq qərarına gəlib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay