Cənubi Koreya Ukraynaya maliyyə donorları siyahısına qoşuldu
Fevralın 14-də Cənubi Koreya Ukraynanın İdarələrarası Donor Koordinasiya Platformasına qoşulub.
Valyuta.az xəbər verir ki, TASS bu barədə Cənubi Koreya prezidentinin administrasiyasına istinadən yazır.
Seul qeyd edib ki, platforma 2023-cü ilin yanvarında yaradılmış məsləhət orqanıdır və Ukrayna iqtisadiyyatının bərpasına yardım etmək və G7 ölkələrinin rəhbərliyi altında işləmək məqsədi daşıyır. Platformada həmçinin Avropa Komissiyası, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu iştirak edir.
Cənubi Koreya hakimiyyəti ölkənin platformaya qoşulması ilə Cənubi Koreya şirkətlərinin Ukrayna iqtisadiyyatının bərpası layihələrində iştirakını genişləndirəcəyini gözləyir. Xüsusilə, Seul Kiyevə ən böyük maliyyə yardımı göstərən donor dövlətlərin məsləhətləşmələrində iştirak edə biləcək.
Platformaya qoşulmaq üçün Ukraynaya 1 milyard dollar məbləğində maliyyə vəsaiti ayırmaq və ya ayırmaq öhdəliyi götürmək lazımdır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay